<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>386</hymn_number>
<title>Baxıram dünyaya ,yoxdur sevinc orada İL386</title>
<lyrics>[V1]
 Baxıram dünyaya, yoxdur sevinc orada,
 Gəzirəm heç yerdə tapmıram rahatlıq.
 Gəlirəm qarşına mən Sənin, Allahım,
 Tapıram ruhuma əmin-amanlıq.

[C1]
   İstərəm yaşayım həyatımı mən təkcə Sənin üçün,
   Günahdan azad et, təmizlə məni, Səni razı salım.

[V2]
 Gəl, Rəbbim, təsəlli ver mənə Sözünlə,
 Gəl, qoy ürəyimə dolsun məhəbbət.
 Bilirəm, yalnız Səndədir həyat,
 İstəyirəm çatım mən Əbədi həyata.

[V3]
 Nə qədər həyatım qalıb mənim, Allahım,
 Bu iztirablı Yer üzərində,
 Gəl kömək et mənə Öz əllərinlə,
 Sənin dar yolunla yeriyim, Allahım.

[B1]
   Əgər həyatımı götürmək istəsən,
   Rəhm eylə Sən mənə, hazırla məni.
   Hazırla əbədi evimə ,Allahım,
   Götür Öz yanındakı izzətinə,
   Qoy rahatlanım əbədi evimdə.</lyrics>
</song>